Bakıda təlim avtomobili hərbi maşının altına girdi - FOTO

Bakıda təlim avtomobili hərbi maşının altına girdi - FOTO

Paytaxtda xanım sürücünün idarə etdiyi təlim maşını qəzaya düşüb.

BakuCity.az xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alıbıb.

"KIA" markalı, 90 NS 734 dövlət nömrə nişanlı avtomobil öz zolağında hərəkət edən hərbi yük avtomobilinin qarşısına çıxıb. Nəticədə hərbi maşın minik avtomobilini vurub.

Qəza zamanı qadın təlimçi xəsarət almasa da, onun təlim keçdiyi xanım yüngül yaralanıb. Avtomobilə xeyli ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır. (avtosfer.az)

Bakıda təlim avtomobili hərbi maşının altına girdi - FOTO, fotoşəkil-1

BakuCity.az

Şərhlər