Taksilərlə bağlı konsepsiya hazırlanıb: vahid qiymətlər ola bilər - FOTO

Taksilərlə bağlı konsepsiya hazırlanıb: vahid qiymətlər ola bilər - FOTO

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib.

BNA-dan BakuCity.az-a verilən məlumata görə, görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.

Diqqətə çatdırılıb ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.

Taksilərlə bağlı konsepsiya hazırlanıb: vahid qiymətlər ola bilər - FOTO, fotoşəkil-1 Taksilərlə bağlı konsepsiya hazırlanıb: vahid qiymətlər ola bilər - FOTO, fotoşəkil-2 Taksilərlə bağlı konsepsiya hazırlanıb: vahid qiymətlər ola bilər - FOTO, fotoşəkil-3 Taksilərlə bağlı konsepsiya hazırlanıb: vahid qiymətlər ola bilər - FOTO, fotoşəkil-4

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər