Bakıdaki bu xəstəxanalat yenidən əvvəlki qaydada işləyəcək

Bakıdaki bu xəstəxanalat yenidən əvvəlki qaydada işləyəcək

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

TƏBİB-dən BakuCity.az-a verilən məlumata görə, buna səbəb pandemiya xəstəxanalarında olan xəstələrin sayının kifayət qədər azalmasıdır. 

Qərara əsasən, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər