Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 1 sentyabrda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

bşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BakuCity.az

Bakıda sabaha gözlənilən hava PROQNOZU hava xeberleri baki bakida hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər