Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Avqustun 31-də Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 20:44-də qeydə alınıb.

Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.

BakuCity.az

Şərhlər