Bakıda sərnişin avtobusu yanıb.
Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişin avtobusunda yanğın olması barədə məlumat yayıb.
Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın baş verib.
Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib, xəsarət alan olmayıb.
Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.