• Ana səhifə
  • Azərbaycanda anasını təhqir edən polis işdən qovuldu - VİDEO
11:36, 1 sentyabr 2020

Azərbaycanda anasını təhqir edən polis işdən qovuldu - VİDEO

 Azərbaycanda anasını təhqir edən polis işdən qovuldu - VİDEO

Azərbaycanda polis əməkdaşı olduğu deyilən şəxsin mübahisə zəminində yaşlı qadını təhqir etdiyinə dair görüntülər yayılıb. 

BakuCity.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Ailədaxili mübahisə zəminində cavan oğlan yaşlı qadına qarşı söyüş və təhqirlər səsləndirir. Videoda qadın ananı söyməzlər deyə ifadə səsləndirib. 

İlkin ehtimala görə, oğlan öz anasına qarşı bu cür xoşagəlməz davranışlar sərgiləyib. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya onun söyüş söyməməsini deyib. Görüntülərdə qadına əl qaldırmaq istəyən oğlanı yeniyetmə otaqdan çıxarıb.

Paylaşım edən şəbəkə istifadəçiləri qadını təhqir edən şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. (oxu.az)

BakuCity.az

BakuCity.az

#xeberler baki #xeberler portali #xeberler son deqiqe #xeberler azerbaycan #xeberler bugun 2020 #xeberler bu gune #xeberler dunen #sonxeberler #en son xeberler

Şərhlər

Elan
live comments feed...