Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda avtomobil qaçırılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Hacıqabul rayon sakini Q.Babayev avqustun 31-də Bakuvi küçəsindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rzaquliyev Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

BakuCity.az

Şərhlər