Toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

Toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

Toy mərasimlərinin keçirilməsinə icazə veriləcəkmi?

"Operativ Qərargahın yeni qərarı ilə Bakı, Sumqayt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkə ərazisindəki sərt karantin rejiminə son qoyuldu. Amma bu, o demək deyil ki, virus yoxa çıxıb, yenidən yayıla bilməz, digər rayonlarda alovlana bilməz".

BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.

“Koronavirusun geniş şəkildə tətbiq olunan vaksini tapılmayınca pandemiyanın diktə etdiyi şərtlər daxilində yaşamağa davam etməliyik. Bu şərtlər fiziki məsafəyə və təcrid qaydalarına əməl etmək, maska taxmaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və məsuliyyətli olmaqdır. Bu şərtləri yerinə yetirsək koronavirusun bizim üçün o qədər də qorxusu yoxdur”, - deyə millət vəkili bildirib.

Toy və yas mərasimlərilə bağlı qadağanın qüvvədə qaldığını bildirən deputat qeyd edib ki, toyların keçirilməsi üçün müəyyən şərtlər olacaq:

“Çünki ömür boyu insanlara toy mərasimini keçirməyə qadağa qoymaq olmaz. Bunlar hamısı diktə edir ki, özümüzü qoruyaq. Mart, aprel, may aylarında insanlar koronavirusun olduğuna inanmırdı. Artıq insanlarda şübhə yoxdur ki, virus var. Amma başqa problem ortaya çıxıb. İnsanlarda məsuliyyət hissi bir o qədər deyil”. (Azvision)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər