Təhsil naziri avtobus sürən direktora TÖHMƏT VERDİ

Təhsil naziri avtobus sürən direktora TÖHMƏT VERDİ

Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.

BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, sözügedən şəxsin avtobus sürücüsü işləməsilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər