Rayonlara gediş-gəliş və böyük ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur

Rayonlara gediş-gəliş və böyük ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur

Azərbaycanda yaxın vaxtlarda sərtləşdirilmiş karantin rejiminin bir qədər də yumşaldılması gözlənilir.

Karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında giriş-çıxışa qoyulan qadağanlar götürüldü.

BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə müzakirələrin aparıldığını qeyd edib:

"Rayonlara gediş-gəlişin açılması müzakirə edilir. Yekun qərarla bağlı məlumat vermək hələ tezdir. Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

Görünən odur ki, yay fəslinin başa çatması ilə insanların rayonlara axını müşahidə edilməyəcək, ona görə də qadağanın götürülməsi yoluxma sayına ciddi təsir göstərməyəcək.

Növbəti mərhələdə böyük ticarət mərkəzlərinin – "Binə”, "Sədərək”, eləcə də "mall”ların fəaliyyətinin bərpa ediləcəyi də gözlənilir.

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi sentyabrın 30-dək qüvvədədir. (pavda.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər