“Xəzər TV”də nə baş verir? – Murad Dadaşovdan AÇIQLAMA

“Xəzər TV”də nə baş verir? – Murad Dadaşovdan AÇIQLAMA

Son günlər "Xəzər TV"nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlara yayımlanır.

Bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını desələr də, digərləri ilə bağlı qaranlıq məqamlar vqar.

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "Xəzər TV"nin rəhbəri Murad Dadaşov son hadisələrin yaranma səbəblərini və nədən qaynaqlandığını izah edib:

"Hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir. Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz "Dalğa"nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verlişləri "Dalğa TV"də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır.

Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı "Xəzər" Televiziyasında yeni layihələr nəzərdə tutulub". (news24.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər