Bakıda “Birmanatlıq” taksilər ləğv edilir

Bakıda “Birmanatlıq” taksilər ləğv edilir

Bakıda yeni exspres taksi xidməti yaradılacaq.

BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Hikmət Babayevin sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb:

“Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən “Birmanatlıq” taksilərin fəaliyyətinin qarşısı alınacaq. Exspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək”.

H.Babayev bildirib ki, hazırda müxtəlif istiqamətlərdə “Birmanatlıq” taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur:

“Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur”. (trend)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər