Şirvanda yoluxma sürətlə artır: 16 nəfər ölüb

Şirvanda yoluxma sürətlə artır: 16 nəfər ölüb

Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, şəhər üzrə ümumilikdə 394 nəfər virusa yoluxub: “Virusa yoluxanlardan 294-ü sağalıb, aktiv xəstə sayı isə 84 nəfərdir. Onlardan 27-si xəstəxanada, 57-si ev şəraitində müalicə alır. Ümumilikdə 16 nəfər dünyasını dəyişib”. (redaktor.az)

BakuCity.az

Şərhlər