Azərbaycanda polis onu söyən qonşusunu güllələdi

Azərbaycanda polis onu söyən qonşusunu güllələdi

Polis qonşusunu ayağından güllələyib.

Daxili İşlər Nazirliyi ötən gün Bərdədə bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi barədə məlumat yayıb.

BakuCity.az xəbər verir ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Yusif Kərimov onu söyən qonşusu Aftandil Əliyevə tüfəngdən açdığı atəşlə topuq nahiyəsindən xəsarət yetirib.

Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

Qonşusunu güllələyən şəxs polisdir. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır. (qafqazinfo)

BakuCity.az

Şərhlər