Azərbaycanda 12 illik təhsilə keçilir? – AÇIQLAMA

Azərbaycanda 12 illik təhsilə keçilir? – AÇIQLAMA

Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir.

BakuCity.az xəbər verir ki, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna (19.4-cü maddə) əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.

Digər yenilik isə odur ki, ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda təşkil oluna bilər.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər