“Sədərək” Ticarət Mərkəzinin rəhbəri işdən çıxarıldı

“Sədərək” Ticarət Mərkəzinin rəhbəri işdən çıxarıldı

Yusif Qədiməliyev “Sədərək” Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılıb.

BakuCity.az xəbər verir ki, bu barədə bazarda çalışan şəxslər məlumat verublər.

Məlumatda görə, ötən həftənin cümə günü yeni rəhbərlik təhvil-təslim edib və yeni qaydalarını açıqlayıb.

Yeni qaydalara görə bazarda yalnız topdan satışla məşğul olanlar onlayn satışla məşğul ola bilərlər. Bu qaydaları pozanlar isə 2500 manat cərimə olunacaqlar.

Yusif Qədiməliyevin konkret olaraq hansı səbəbdən bazar rəhbərliyindən uzaqlaşdırıldığı məlum deyil.

Ehtimallardan biri budur ki, Y.Qədiməliyevin AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın olması və bazarda Prezident Admnistrasiyasının sabiq rəhbərinin paya məxsusluğu Ticarət Mərkəzinin əlindən alınmasına səbəb olub. (jamaz)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər