Onlayn dərslərə qatılan şagirdlərin sinifdə qalmaq etimalı var

Onlayn dərslərə qatılan şagirdlərin sinifdə qalmaq etimalı var

"Uşaqlarının xəstəliyə yoluxmasından qorxub məktəbə göndərmək istəməyən valideynlərin də mənafeyi nəzərə alınıb".

BakuCity.az xəbər verir ki, bunu “Təhsil TV”-yə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

V.Yaqublunun sözlərinə görə, məktəb rəhbərliyinə bu hallar üçün hazırlanan xüsusi iltizam forması təqdim edilib:

"İltizam formasını imzalayan valideyn övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsinə təminat verir".

Şöbə müdiri bildirib ki, bu məsuliyyəti öz üzərinə götürən valideyn övladının əyani dərslərdə iştirakından imtina edir:

"Şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.

BakuCity.az 

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər