Bakıda "protiv" sürüb adam vuran "Porsche"nin 16 yaşlı sürücüsü kimdir? - VİDEO

Bakıda "protiv" sürüb adam vuran "Porsche"nin 16 yaşlı sürücüsü kimdir? - VİDEO

Piyada keçidində adam vuran sürücü barədə yeni təfərrüatlar.

Ötən gün Avtosfer.az-da paytaxtın Həsən Əliyev küçəsində 90 UD 900 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobil ilə əks istiqamətdə hərəkət edərək piyada keçidində adam vuran sürücü barədə yeni təfərrüatlar ortaya çıxıb.

BakuCity.az xəbər verir ki, saytın əldə etdiyi məlumata görə, avtomobili idarə edən 16 yaşlı Firuz Salmanov olub.

O sosial şəbəkələrdə müxtəlif vaxtlarda "Niva" markalı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri edərək videolar paylaşıb. Həmçinin çoxsaylı qayda pozuntuları edib.

Hazırda idarə etdiyi "Porsche" markalı avtomobil anası Ülviyyə Salmanovanındır. Avtomobili idarə etmək hüququ isə atası Pərviz Salmanova məxsusdur.

Pərviz Salmanov parça alqı-satqısı ilə məşğul olur.

Qeyd edilən hadisə avqust ayının 24-də baş verib. Vurulan şəxsin ağır yaralandığı barədə məlumat verilib. Eyni zamanda onun vəfat etdiyi də bildirilir. 

BakuCity.az

Bakıda "protiv" sürüb adam vuran "Porsche"nin 16 yaşlı sürücüsü kimdir? - VİDEO
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər