Bakıdaki iri ticarət mərkəzləri açılarsa bu şərtlərlə işləyəcək

Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasından qapalı vəziyyətdə fəaliyyət göstərən kafe və restoranlarla bağlı qadağalar ləğv olunub.

Sahibkarı və alıcı kütləsini isə daha çox "mall"ar və iri ticarət mərkəzləri ilə bağlı qağaların ləğvi maraqlandırır. 

BakuCity.az xəbər verir ki, Operativ Qərargah ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanı aradan qalrıdacağı təqdirdə, əhalinin müəyyən şərtlərə əməl etməsi vacib olacaq. Millət vəkili Cavid Osmanov bildirdi ki, bu məsələdə sahibkarlar da maraqlı olmalıdır:

Həmçinin oxu: Bakıdan rayonlara gediş-gəliş açıldı

"Nazirlər Kabineti yanında Operativ Qərargah statistikanı təhlil edərək yoluxanların dinamikasına uyğun olaraq addımlar atır. Yumşalmalar tədricən həyata keçirilir. Məlumdur ki, sentyabrın 15-də dərslər başlayacaq. Burda alış-veriş məsələsi var. Həm geyim, həm də məktəbli ləvazimatları iri ticarət mərkəzləri ilə yanaşı, digər yerlərdə də satılır. Bunları həmin yerlərdən almaq mümkündür.

İri ticarət mərkzələri və "mallar"ın açılması ilə bağlı sadə qaydalar var. Yumşalma olduğu təqdirdə iri ticarət mərkəzləri açılacaq. Burada vətəndaşlar da müəyyən qaydalara əməl etməlidir. Sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə və şəxsi gigiyeniyaya diqqət yetirilməlidir.

İri ticarət mərkəzləri qapalı şəraitdə olduğu üçün qaydalara əməl etmək mütləqdir. "Mallar"a insanları sayla buraxmaq düzgün olmazdı. Əgər yumşaldılmaya gedilsə, ticarət mərkzələri açılsa, hamı ora daxil olmaq imkanına malik olmalıdır. İstənilən halda ticarət mərkəzlərində fəaliyyət göstərən sahbkarlar da maraqlı olmalıdır ki, qoyulan qaydalara riayət olunsun".

Ticarət mərkəzləri pandemiya dövründə fəaliyyətini bərpa edəcəyi təqdirdə bu şərtlərlə işləyəcək:

Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;

Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;

Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir;

Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır;

Hərarəti yüksək olan vəinfeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə göndərilməlidir;

Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir. (baku.ws)

BakuCity.az

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az