Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA

Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA

“Space” telekanalında maliyyə yoxlamalarına başlanılması barədə xəbərlər yayılıb.

Mediada kanalın tezliyinin satılması və yenilənməsi barədə iddialar irəli sürülür. Telekanalın rəhbəri Vaqif Mustafayevin vəzifəsindən getməsi də gündəmdədir. Onun yerinə isə Əməkdar artist Tahir İmanovun gətirələcəyi bildirilir.

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı aktyor belə cavab verib: “Bu söhbətlərlə bağlı danışmaq istəmirəm. Sənət və fəaliyyətim haqqında sullara cavab verməyə hazıram. Belə mövzularla ucuzluğa getməyək”.

T.İmanov sosial mediadakı çıxışlarında dəfələrlə “Space” TV-nin rəhbərliyini və kanalı tənqid edib. (mediapost)

BakuCity.az

Şərhlər