Bu ailələr üçün internet pulsuz ola bilər – AÇIQLAMA

Sentyabrın 15-dən ibtidai siniflər Bakı şəhərində 2, bölgələrdə də həftədə 3 dəfə məktəbə gedəcək.

Yuxarı siniflər üçün isə dərslərin onlayn keçirilməsi planlaşdırılır. Təəssüf ki, bu gün bir çox az təminatlı ailələrin evində kompüter və hətta internet yoxdur. Övladları təhsil alan az təminatlı ailələr üçün hansı güzəştlər tədbiq edilə bilər?

BakuCity.az xəbər verir ki, bununla bağlı deputat Müşfiq Cəfərov iki ay öncə Təhsil Nazirliyi tərəfindən kimin evində internetin, kompüterin, smartfon telefonun olub-olmaması barəsində uşaqlar və valideynlər arasında sorğu aparılıb:

"Bəzi insanlar elə başa düşdü ki, onlara kompüter və telefon veriləcək. Ona görə də çoxları qeyd etdi ki, heç nəyimiz yoxdur. Amma reallıq odur ki, istər kənd, istərsə də evində interneti, kompüteri hətta smartfon telefonu olmayan ailələr var.

Bu insanlar əsasən az təminatlı ailələrdir. Hansı ki, onlar dövlətdən sosial müavinət alırlar. Mən hesab edirəm ki, internet bu insanlar üçün pulsuz olmalıdır. Çünki onların dövlətdən aldıqları müavinət ancaq yemək xərclərini ödəmək üçündür. Düşünürəm ki, o ailələrdə yenidən sorğu aparılmalı və ailədə təhsil alan şagirdin, tələbənin olub-olmaması araşdırmalıdır”.

Deputat bütün məlumatların dövlətdə olduğunu qeyd edib:

“Çünki sosial müavinət təyin olunmamışdan öncə ailə araşdırılır və toplanan məlumatlar sistemə vurulur. Araşdırmanın nəticəsində də sosial müavinət kəsilir. Amma ola bilər ki, imkansız ailə olsa da bəzi səbəblərdən sosial müavinət almır. Müəllimlər arasında da sorğu aparmaq olar. Çünki müəllimlər yaxşı tanıyır və bilirlər ki, sinifdəki şagirdlərin ailəsində vəziyyət necədir. Dərsdə iştirak etmək üçün hansı şagirdin evində internet, kompüter, smartfon telefon var. Amma ümumilikdə tələbələrə və şagirdlərə internet provayderlər tərəfindən müəyyən güzəştlər tətbiq edilməlidir. 50 faiz güzəştin özü də post-pandemiya dövründə böyük köməkdir. Ümid edək ki, ikinci dalğa olmayacaq. Yaşayış yerindən və təhsil məüəssisəsindən arayış təqdim edilmək şərti ilə müəyyən güzəştlər ola bilər. Burada da məqsəd şagirdlər və tələbələr üçün təhsilin əlçatan olmasıdır”.

Deputat Azər Badamov söyləyib ki, pandemiya tədris sistemini də yeni qaydalara uyğun təşkil etməyini zəruri edib:

“Təəssüf ki, yaş kateqoriyasına görə müxtəlif vaxtlarda tədrisin başlanması, sosial məsafənin gözlənilməsi, həftədə 2-3 gündə məktəbə gəlməsi, müəyyən yaşdan yuxarı şagirdlərin tibbi maska taxması və proqrama uyğun online dərslərin keçilməsi təhsil alanlar üçün müəyyən problemlər yaradır. Məsələn, ölkədə bütün evlərin geniş zolaqlı internetlə təmin olunmaması və təhsil alan hər bir şagirdin, tələbənin kompüterinin olmaması onların məsafədən tədrisə qoşulmasında çətinlik yaradır. Məsələn sentyabrın 4-də Qusarda seçicilərimin fərdi qaydada qəbulunu keçirdim. Qəbuluma gələnlərin əksəriyyəti evlərində internet olmadığından övladlarının onlayn dərslərə qoşula bilməməsindən narahat olduqlarını bildirirlər. ATS-in rəisi ilə əlaqə saxlayanda bildirir ki, bu il internetlə əlaqədar evlərə telefon xətlərin çəkilməsi əvvəlki illərdən 2-3 dəfə çox olub. Lakin indi material təhcizatı olmadığından bütün tələbatı ödəyə bilmirik. Hesab edirəm ki, NRYTN bu istiqamətdə düşünməli və ölkədə internetə olan təlabatın ödənilməsini qısa bir zamanda təmin etməlidir. Həm də XXI əsirdə yaşayırıq və inkişaf etmiş ölkəmizdə internet təminatı ilə bağlı çətinlik olmamalıdır”.

Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

“Təbii ki, hamı onlayn dərslərə qoşula bilməyəcək. Bu, o demək deyil ki, təhsil alanlar tədris prosesindən kənarda qalmalıdır. Valideynlər öz övladlarının təhsildən geri qalmaması üçün müxtəlif yollar tapmalıdır. Qaldı ki, onlayn dərs ala bilməyənlərə güzəştin olub-olmayacağından danışmaq hələ tezdir. Çünki dərs ili başlanmamış indidən güzəştlərdən danışsaq, təhsil alanlarda və cəmiyyətdə təhsilə loyallıq yaranacaqdır. Güzəştlərin olub-olmayacağı vaxtı gələndə müzakirə olunmalıdır”. (konkret.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az