Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA

Qida məhsullarının qiymətində bahalaşma var.

Bu gün qida məhsullarının bir qismində bahalaşma müşahidə olunur. Növbəti mərhələdə çörəyin və ətin qiymətində də bahalaşma olacaqmı?

BakuCity.az xəbər verir ki, iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, çörəyin qiyməti ilə ətinki müqayisə oluna bilməz:

“Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir və buna dövlət nəzarət edir. Yaxın dövrdə çörəyin qiymətinin bahalaşması gözlənilən deyil. Dövlət çörəyin qiymətini tənzimləyib saxlaya biləcək. Ətin qiymətinə gəldikdə, ölkəmiz yerli tələbatın təxminən 45-48 faizini ödəyə bilir. Yəni bu məhsulun qiyməti təkcə ölkə daxilində təklif olunan məhsulla bağlı deyil. Həm də xarici amildən asılıdır. Çünki ölkədə ətə olan ehtiyatın 50 faizdən çoxunu idxal hesabına ödəyirik. Ona görə kənd təsərrüfat məhsullarının mövsümü bitdikdən sonra ətə olan təlabat artacaq.

Belə olan halda da ətin qiymətinin qalxması gözləniləndir. Hazırda rayonlarında ətin qiymətində ucuzlaşma müşahidə olunur. Bakıda isə az da olsa bahalaşma var. Çünki yay aylarında ətə olan tələbat az olur. Oktyabr, noyabr, dekabr aylarında, yəni ilin sonuna kimi ətin qiymətinin bahalaşması gözləniləndir”.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər