Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşması ilə bağlı BNA-dan açıqlama.

“Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsə qiymətlərlə bağlı hər hansı bir göstəriş verilməyib”.

BakuCity.az xəbər verir ki, bunu BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev taksi şirkətlərinə qiymətlərin qaldırmaqla bağlı göstəriş verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Həmçinin oxu: Bakının ayıq sürücüləri - RİSKLƏR + QİYMƏTLƏR

“Qiymət tənzimlənməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səalihiyyətlərinə aid olan məsələ deyil.

Bu kimi məsələlər ictimailəşdirilən zaman Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidməti ilə əlaqə saxlanılsın, rəsmi mövqe öyrənilsin. Məlumatın bu formada təqdim edilməsi insanlarda çaşqınlıq yaradır”, - deyə M.Ağayev bildirib.

Qeyd edək ki, son günlər Bakıda fəaliyyət göstərən taksilərədə 1,50-2 manata qədər qiymət artımı müşahidə olunur. Taksi şirkətləri qiymət artımını BNA-nın göstərişi ilə oduğunu bildirib. (redaktor.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər