Abşeronda iki avtomobil toqquşdu: xeyli sayda insan... - VİDEO

Abşeronda iki avtomobil toqquşdu: xeyli sayda insan... - VİDEO

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, qəza dünən axşam vaxtı Saray qəsəbəsinə gedən yeni yolda baş verib. 

İki “Mercedes” markalı avtomobilin toqquşması, 10-a yaxın insanın xəsarət alması ilə nəticələnib.

Dərhal hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Şahidlərin dediklərinə görə, Təcili Tibbi Yardım briqadası əraziyə gec gəldiyindən, yaralıları vətəndaşlar öz şəxsi avtomobilləri ilə xəstəxanalara çatdırıblar.

İlkin versiya kimi hadisəyə ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub.

Vətəndaşların sözlərinə görə, yolda işıqlandırmanın olmaması analoji hadisələrin tez-tez baş verməsinə səbəb olur.

Hadisənin təffərüatı aparılan araşdırmalardan sonra bəlli olacaq.

BakuCity.az

Şərhlər