Adil Əliyev vəzifəsindən getdi — FOTO

Adil Əliyev vəzifəsindən getdi — FOTO

Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

BakuCity.az xəbər verir ki, bu barədə Adil Əliyevin özü məlumat verib. 

A.Əliyev artıq yeni federasiya prezidentinin adını da açıqlayıb: "Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi oldu. 

Sentyabrın 7-də federasiyanın idarə heyətinin onlayn iclası keçirildi. İdarə heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq", - deyə vitse-spiker bildirib.

BakuCity.az

Şərhlər