Bakıda keçirilən aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTO

Bakıda keçirilən aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTO

Jurnalistin bahalı fotoaparatı sındırılıb.

Dünən Nizami Rayon Məhkəməsinin qarşısında bir qrup fəal Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya azadlıq tələb edərək aksiya keçirib. Aksiya zamanı polislərdən biri jurnalist Fərid İsmayılovun fotoaparatını sındırıb.

BakuCity.az xəbər verir ki, bu barədə F.İsmayılov özü məlumat verib.

Bakıda keçirilən aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTO, fotoşəkil-1

"Aksiyada peşə fəaliyyətimi yerinə yetirməyimə fotolarda gördüyünüz bu şəxslər əngəl yaratdı. Azərbaycanda satışda olmayan fotoaparatım sıradan çıxdı. Satış qiyməti təkcə 899 ABŞ dollarıdır. Sabah Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, RATİ, Mətbuat Şurasına müraciət edəcəm. Tələbim həmin bu polis əməkdaşlarının cəzalandırılması və maaşlarından fotoaparatımın birbaşa firmadan yenisinin alınmasıdır", - deyə jurnalist vurğulayıb.

Bakıda keçirilən aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTO, fotoşəkil-2 Bakıda keçirilən aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTO, fotoşəkil-3 Bakıda keçirilən aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTO, fotoşəkil-4

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər