Ermənilər Bakıda? – Mərkəzdən “görüntü” yaydılar – VİDEO

Ermənilər Bakıda? – Mərkəzdən “görüntü” yaydılar – VİDEO

Ermənilər bir müddət əvvəl azərbaycanlıların İrəvanla bağlı çaşdırıcı videolarına “cavab” hazırlayıblar.

BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Heydər Əliyev Mərkəzinin ətrafındakı parkdan görüntüləri “kadrarxası”ndakı səs “qədim erməni şəhəri” Bakıda olduğunu bildirir və bu çəkilişi özü etdiyini deyir.

Əsl görüntünün səsinin də gəldiyi videoda kadrarxası səsin studiyada (paralel “dorojka”da) yazıldığı ilk baxışdaca bilinir.

Bunu aydınlaşdırmaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Azacıq diqqət etmək kifayətdir ki, parkdan gələn səsi küylü (açıq məkandan), erməni olduğunu deyən kadrarxası səsin isə küysüz (qapalı məkandan) gəldiyini aydınlaşdırasan. 

Qeyd edək ki, bir müddət öncə azərbaycanlılar belə bir video yaymış, İrəvandan görüntülərin üzərinə rusca səs yazaraq paylaşmış və İrəvanda panikaya səbəb olmuşdular. Ancaq məsələ bundaydı ki, azərbaycanlılar daha peşəkar davranmışdı: onlar böyük ekran önündə İrəvanın görüntülərini çəkə-çəkə kadrarxası səsi birbaşa yazmışdılar. Bu isə səs sahibinin doğrudan da sözügedən interyerdə olduğu təəssüratı yaratmışdı.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər