Tramp koronavirusla bağlı sirri niyə gizlədiyini açıqladı

Tramp koronavirusla bağlı sirri niyə gizlədiyini açıqladı

Prezident sirrini Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında jurnalistlərə bildirib ki, ilin əvvəlində ölkədə təlaşdan, həmçinin tibbi təyinatlı malların və fərdi müdafiə vasitələrinin qiymət artımından qaçmaq üçün yeni Covid-19 təhlükəsi barədə dərhal bildirməyib.

BakuCity.az xəbər verir ki, bu barədə TASS məlumat yayımlayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika səlahiyyətlilərinin nümayiş etdirməli olduqları son şeylər "çaxnaşma, həyəcan və qorxu" idi.

"Biz düşdüyümüz vəziyyətin qayğısına qalmalı idik. Biz liderlik və sakitlik nümayiş etdirməliyik", - Tramp deyib.

O qeyd edib ki, ABŞ-da "vahimə salmağa" hazırlaşmayıb.

Daha əvvəl Demokratlar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden Trampı ictimaiyyət qarşısında koronavirus təhlükəsi barədə susmaqda ittiham edib.

ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 6,5 milyonu ötüb, 3,8 milyondan çox pasiyent sağalıb, 195 minə yaxın insan ölüb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe covid-19 pandemiyası xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər