• Ana səhifə
  • Rayonlara gediş-gəliş ucuzlaşdı - ARAŞDIRMA
13:35, 10 sentyabr 2020

Rayonlara gediş-gəliş ucuzlaşdı - ARAŞDIRMA

Rayonlara gediş-gəliş ucuzlaşdı - ARAŞDIRMA

Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə təsir edib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarının giriş-çıxışlarından karantin postları götürüləndən sonra rayonlara sərnişin daşıyan taksilərdə gedişhaqları ucuzlaşıb.

BakuCity.az xəbər verir ki, sentyabrın 8-i səhər saatlarından vətəndaşlar rayonlara sərbəst getməyə başlayıb.

Karantin postlarının yığışdırılması gedişhaqlarını da əvvəlki qiymətə endirib.

Məsələn, Bakının Şamaxı yolu adlanan ərazisindən Qubaya taksi ilə 1 sərnişin 8-10 manata gedirdisə, sərt karantin qaydaları tətbiq olunandan sonra bu istiqamətdə gediş haqqı 25-30 manata qaldırılmışdı.

Həmin ərazidən Ağsuya 7 manata sərnişin daşıyan taksilərdə gediş haqqı 30, Şamaxı rayonuna 25, İsmayıllı rayonuna 35 manat olmuşdu. Taksilər süni qiymət artımını karantin postlarından rayon istiqamətinə keçməyin mümkünsüz olduğunu bəhanə gətirərək həmin ərazidən gizli yollarla keçmələri ilə əlaqələndirirdilər.

Sentyabrın 8-dən isə sərnişindaşımada qiymətlər yenidən əvvəlki vəziyyətə qaytarılıb.

Hazırda Bakıdan Ağsuya 1 sərnişin 7-10 manata, Şamaxıya 5-6 manata, Qubaya 8-10 manata daşınır. Karantin dövründə taksi sürücüləri Gəncə şəhərinə 1 sərnişindən 45-50 manat gediş haqqı tələb edirdilərsə, hazırda bu qiymət cəmi 10 manata düşüb.

Həmçinin, sürücülər Tovuza daşıdıqları sərnişinə görə adambaşı 65-70 manat alırdılarsa, hazırda həmin istiqamətə 12-15 manata sərnişin daşıyırlar. (trend)

BakuCity.az

#xeberler #xeberler baki #xeberler portali #xeberler son deqiqe #xeberler azerbaycan #xeberler bugun 2020 #xeberler bu gune #xeberler dunen #sonxeberler #en son xeberler

Şərhlər

Elan
live comments feed...