2021-ci ilin dəbdə olacaq rəngi elan edildi

2021-ci ilin dəbdə olacaq rəngi elan edildi

Dəbdə olacaq  populyar rəng.

Niderlandın məşhur boya markası “Dulux” növbəti il dəbdə olacaq  populyar rəngin adını açıqlayıb.

BakuCity.az xəbər verir ki, bu barədə “Dezeen” agentliyi məlumat yayıb.

2021-ci ilin rəngi “Brave Ground” adlandırılan torpaq-bej rəngi seçilib.

Şirkət bu rəngin universal olduğunu, təbiətin gücünü əks etdirdiyini və təsadüfi seçilmədiyini bildirib. 

“Torpaq-bej (Brave Ground) çalarlarının seçilməsində koronavirus pandemiyası böyük rolu var.

Pandemiya nəticəsində insanların yaşamaq üçün prioritetləri, yaşayışı və iş şəraiti də ciddi şəkildə dəyişib.

“Colour Futures 2021” palitrasının bir hissəsi olan “Brave Ground” insanlara rahatlıq hissi və müsbət enerji ötürəcək”, - deyə “Dulux” şirkətinin yaradıcı direktoru Marianna Şillinqford bildirib. (oxu.az)

BakuCity.az

Şərhlər