Mənzil bazarında qiymətlər qalxa bilər

Mənzil bazarında qiymətlər qalxa bilər

Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb.

BakuCity.az xbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov avqust ayı ərzində ilkin mənzil bazarında qiymətlər 4.5 faiz, il ərzində 4.21 faiz aşağı düşdüyünü deyib:

"Təkrar mənzil bazarında ay ərzində 0.3 faiz qiymət artımı müşahidə edilib, il ərzində isə stabil qalıb. Qiymət artımı həm mövsümi xarakter daşıyır, həm də koronavirus pandemiyası ilə əlaqdardır. Hər iki amil qiymətlərə öz təsirini göstərir.

Ekspert qeyd edib ki, növbəti aylar ərzində qiymət artımı olar bilər:

"Hazırda qeyri-müəyyənlikdir, amma adətən payız ayları, ilin sonuna doğru qiymət artımı müşahidə edilir. Əvvəlki kimi olmasa da qiymət artımı bu il də müşahidə ediləcək". (trend)

BakuCity.az

Şərhlər