Erməni diversantın görüntülərini yayan hərbçilər ordudan uzaqlaşdırıldı - RƏSMİ

Erməni diversantın görüntülərini yayan hərbçilər ordudan uzaqlaşdırıldı - RƏSMİ

Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilər ehtiyyata buraxılıblar.

Cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin ordudan qovulması barədə xəbərlərə aydınlıq gətirilib.

BakuCity.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi açıqlama verib.

Nazirlikdən bildirilib ki, hərbçilər nizamnaməni pozduqları və orduda qadağan olunmuş smartfonlardan istifadə etdikləri üçün cəzalandırılıblar:

"Bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər. Görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Faktla bağlı aparılan ilkin araşdırmalar nəticəsində təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıblar. Toplanan materiallara hüquqi qiyməti Hərbi Prokurorluq verəcək”. (baku.ws)

BakuCity.az

Şərhlər