Türkiyədə müalicə olunduğu deyilən Əli Həsənovun qaldığı yer məlum olub.
BakuCity.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə birlikdə istirahət edir.
Ə.Həsənovun sözügüdən mülkü Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əonlarla bir yerdə istirahətdə olduğu deyilir.
Qeyd edək ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb.
Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. (demokrat.az)
BakuCity.az