Rayonlara qrup turlarının təşkilinə icazə verilir? – AÇIQLAMA

Rayonlara qrup turlarının təşkilinə icazə verilir? – AÇIQLAMA

"Bu məsələ müzakirə olunur".

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunundan rayonlara gediş-gəliş açılsa da, turistlər üçün rayonlara qrup turlarının təşkilinə icazə verilmir.

BakuCity.az xəbər verir ki, bu barədə turizm üzrə ekspert Fariz Hacıyev açıqlama verib.

F.Hacıyevin  sözlərinə görə, insanlar rayonlara səyahət məqsədilə getmək istəyirlərsə, fərdi qaydada hotelləri bronlayaraq səfər edə bilərlər:

“Hazırda qrup turlarının təşkilinə yol verilmir, amma qrup turlarının müəyyən şərtlər daxilində təşkili məsələsi müzakirə edilir. Bu məsələ ilə bağlı yaxın günlərdə qərar verilə bilər”.

Ekspert əlavə edib ki, qrup turlarının qiymətləri sərfəli olduğundan hazırda insanların əksəriyyətindən gələn təkliflər belə turların təşkili ilə bağlıdır:

“İnsanlar əvvəlki kimi qrup turlarına qoşulmaq istəyirlər. Amma bu məsələ ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Dövlət Turizm Agentliyi pandemiya dövründə turizm xidmətlərinin təşkili ilə bağlı bütün şərtləri bəyan edib. Məsələn, sərnisin daşımaya icazə verilərsə, qrup turu avtobuslarında ümumi tutumun yarısı qədər qonaq aparmaq mümkün olacaq. Bitişik iki oturacaqda 1 nəfər əyləşə biləcək. Bu, indiki dövrdə daha təhlükəsiz səyahət deməkdir”.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər