Bakıdakı dəhşətli qəza: ölən və xəsarət alanlar var - VİDEO (YENİLƏNİB)

Bakıdakı dəhşətli qəza: ölən və xəsarət alanlar var - VİDEO

3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan üç nəfərdən birinə ambulator yardım göstərilib və o, evə buraxılıb.

BakuCity.az xəbər verir ki, bununla bağlı Sabunçu Klinik Xəstəxanasından məlumat verilib. 

Məlumata görə, xəsarət alan bir qadın və bir kişi xəstəxanaya qəbul edilib. 

Müayinə zamanı onların hər ikisinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır.

10:57

Bakıda baş verən ağır qəzada xəsarət alanların sayı beşə çatıb. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlardan biri Respublika Kliniki Xəstəxanasına, bir nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, üç nəfər isə 3 saylı Sabunçu Klinik Xəstəxanasına çatdırılıb. 

10:45

Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

BakuCity.az xəbər verir ki, qəza zamanı 99-XF-890 dövlət nömrə nişanlı “Mercedes Vita” markalı avtomobil TIR-a çırpılıb. 

Hadisə Bakı-Salyan şosesinin Qobustan qəsəbəsindən keçən hissəsində baş verib. 

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. 

Hquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olduğu deyilir. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan üç nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (oxu.az)

BakuCity.az

Şərhlər