Bakı metrosundan istifadə şərtləri açıqlandı

Bakı metrosu fəaliyyətini bərpa edir.

BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb.

"Bakı Metropoliteni" QSC-dən İnterAz-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılmışdı. Daha sonra epidemioloji vəziyyətlə əlaqədar olaraq Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi uzadılmışdı.

Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.

Qeyd edilənlər əsas götürülərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

1. Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

2. Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

3. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.

4. Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

5. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır! Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.

6. Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir.

7. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq.

8. Stansiyalara daxil olan sərnişinlərin hərarəti, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

9. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub.

10. Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb.

11. Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

12. Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Düşmən qüvvələri Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınıb. Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir. BakuCity.az
Siyasət
Cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda sosial şəbəkələrdə düşmən tərəfindən kadrlar yayılır.  BakuCity.az xəbər verir ki, kadrlardan da göründüyü kimi Azərbaycan Ordusuna qarşı döyüşən erməni hərbçilərinin başına sözün əsl mənasında göydən od yağır. Azərbaycan ordusunun Zərbəçi Pilotsuz Uçan Aparatlarından (ZPUA) vahimələnən erməni hərbçilər artıq başlarını da itirib. Havaya güllə atan ermənilər ZPUA-lardan canını qurtara bilmirlər. ZPUA çoxməqsədli...
Siyasət
Düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib. Xatırladaq ki, dünən MN açıqlama yayaraq  S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi: "Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-...
Siyasət
Gərgin döyüşlər davam edir. İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vas...
Cəmiyyət
Düşmən Tərtəri artilleriya atəşinə tutur. Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən BakuCity.az-a məlumat verilib. "İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var", - Nazirlikdən bildirilib. BskuCity.az
Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az