Polis Bakıda nəzarəti gücləndirdi

Polis Bakıda nəzarəti gücləndirdi

Bakı polisi qapalı yerlərdə və ictimai nəqliyyatda nəzarəti gücləndirib.

Xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

BakuCity.az xəbər verir ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət gücləndirilib. 

Müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi diqqətdə saxlanılır.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, səhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir.

Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

BakuCity.az

https://www.bakucity.az/news
xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər