Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.
BakuCity.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 saylı qərarında əksini tapıb.
Həmçinin oxu: Bakıda çimərliklər açıldı - ŞƏRTLƏR
Çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
BakuCity.az