Bakıda imtahan zamanı kütləvi zəhərlənmə baş verib

Bakıda imtahan zamanı kütləvi zəhərlənmə baş verib

5 imtahan mərkəzdə qidadan zəhərlənmə baş verib.

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da olan ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halı qeydə alınıb.

BakuCity.az xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, işçi qrupunun üzvləri və “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Hadisə baş verdikdən dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib və zəhərlənənlər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdiriliblər.

Həmin şəxslər zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə göndəriliblər.

Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. 

“Yüksəliş” müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq. (oxu.az)

BakuCity.az

Şərhlər