Azərbaycanda yoluxma ən çox bu bölgələrdə qeydə alınıb

Azərbaycanda yoluxma ən çox bu bölgələrdə qeydə alınıb

Bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

BakuCity.az xəbər verir ki, ən çox yoluxma halı Bakıda qeydə alınıb.

Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1% azalaraq 56,1% olub.

Sonrakı yerlərdə 15,6% Abşeron, 10,4% Aran, 6,4% Gəncə-Qazax, 4,3% Lənkəran, 2,1% Quba-Xaçmaz, 1,8% Şəki-Zaqatala, 1,6% Dağlıq Şirvan, 1% Yuxarı Qarabağ qərarlaşıb.

Həmçinin oxu: ÜST: "Əhalinin 70 faizi peyvənd olunmalıdır" - VİDEO

Ən az yoluxma 0,4 fazilə Naxçıvan Muxtar Respublikasındadır.

Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.

Son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib.

BakuCity.az

Şərhlər