3 milyonluq türk ordusu Qarabağa girəcək: İrəvan QORXU İÇİNDƏ

3 milyonluq türk ordusu Qarabağa girəcək: İrəvan QORXU İÇİNDƏ

Ermənistanda “Böyük Turan” ordusu qorxusu yaranıb.

BakuCity.az xəbər verir ki, Ermənistan mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir.

“Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil: “Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı.

Həmçinin oxu: Bakının azad olunması: 15 sentyabrın sirli detalları

İndi belə bir ordunun yaradılması layihəsində Mərkəzi Asiyanın hansı ölkəsinin yer alacağı bilinməsə də, ideyanın əməli işdə həyata keçirilməyə başlandığını deyə bilərik”.

Saytda Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşmasını Turan ordusunun yaradılması istiqamətində ciddi addım olduğunu yazır. (publika.az)

BakuCity.az

Şərhlər