Fatih Terim Bakıya bu heyəti gətirir - SİYAHI

Fatih Terim Bakıya bu heyəti gətirir - SİYAHI

"Neftçi" - "Qalatasaray" oyunun heyəti məlum olub.

Türkiyənin "Qalatasaray" klubu Avroliqanın II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyunun heyətini UEFA-ya təqdim edib.

BakuCity.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. 

Baş məşqçi zədəli olan Fernando Musleradan başqa, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayanı da Bakıya gətirməyəcək.

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk.

Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

"Neftçi" - "Qalatasaray" oyununa sentyabrın 17-də, Bakı vaxtı ilə 20:00-da start veriləcək.

BakuCity.az

Şərhlər