Ramiz Mehdiyev və Əli Həsənov DİA-nın kafedra müdiridir

Ramiz Mehdiyev və Əli Həsənov DİA-nın kafedra müdiridir

Ramiz Mehdiyev və Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri vəzifəsindədirlər.

“Uzun illərdir ki, vəzifəli şəxslərin dövlət ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu, elmə və təhsilə hörmətsizlikdır”.

BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Eldar Əliyev qeyd edib ki, bu ənənə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından da yan keçməyib:

“Akademiyada “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri Ramiz Mehdiyev, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, Əli Həsənov, “Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri isə Prezident Adminstarsiyasında işləyən, fəlsəfədən və sosial psixologiyadan xəbərsiz Etibar Nəcəfovdur.

Rektordan soruşmaq lazımdır ki, rəhbərlik etdiyi ali məktəbin üç mühüm kafedrasının müdirlərini axırıncı dəfə akademiyada nə zaman görüb?”, - deyə deputat bildirib. (konkret.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər