Koronavirus yenidən sürətlə yayılır - VİDEO

Koronavirus yenidən sürətlə yayılır - VİDEO

Dünyada 54 min 231 nəfərə COVID-19 diaqnozu qoyulub.

BakuCty.az xəbər verir ki, 13 sentyabrda dunyada koronavirus infeksiyası aşkarlanan insanların sayı 28 milyon 985 min 646 nəfərə çatıb.

Virusdan ölənlərin sayı isə 1221 nəfər artaraq 925 min 301 nəfər olub.

Gündəlik yoluxma sayı ən çox Hindistan, ABŞ, Braziliya, Fransa, Argentina, Peru, Meksika və Rusiyada qeydə alınıb.

Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib.

Sebastian Kurts qeyd edib ki, ölkədə virus aşkarlanan insanların sayı kəskin çoxalıb.

Kanslerin sözlərinə görə, gündəlik yoluxma hallarının təxminən yarısı paytaxt Vyananın payına düşür.

Bu gündən etibarən hökumət bir sıra məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.

Mərkəzi Avropada da koronavirusa yoluxma sayı sürətlə artıb. Çexiyada ardıcıl 4 gündür mindən çox yeni yoluxma faktı qeyd alınıb. Region ölkələri üçün bu göstərici rekord sayılır. Bir sıra mərkəzi Avropa ölkələrində karantin qaydalarının sərtləşdirilməsinə başlanıb.

Azərbaycana qonşu olan İran və Türkiyədə də son vaxtlar infeksiyaya yoluxma sayında artım var.

Gürcüstan və Ermənistanda hər gün COVID-19 aşkarlananların sayı çoxalır. Bu ölkələrin hökumətləri karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin sərtləşdirilməsi planları üzərində işləyirlər. (xezerxeber.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe covid-19 pandemiyası xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər