Əhaliyə ŞAD XƏBƏR - RƏSMİ

Əhaliyə ŞAD XƏBƏR - RƏSMİ

23 min insana sevindirici xəbər verilib.

Bu ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi yaşlı əhalinin sosial təminat sistemi ilə əhatə olunmaq imkanlarını və bu sistemin əhatə dairəsini daha da artırıb.

BakuCity.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, amma pensiya hüququ yaranmayan 23 min nəfərə yaşa görə müavinət veriləcək.

Həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrdə yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətlə təmin olunanların sayı hazırda 100 minə yaxındır.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər