Azərbaycan Rusiyaya hava sahəsini bağladı

Azərbaycan öz hava məkanını Rusiyanın Suriyadan qayıdan DRLOU A-50 hərbi təyyarəsi üçün bağlayıb. 

BakuCity.az xəbər verir ki, bu barədə sentyabrın 11-də Rusiyanın Telegram kanalı "Ovçunun qeydləri"ndə (Записки охотника) məlumat verilib.

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Xəzər dənizi ətrafında uçmalı və Mozdokdakı aerodroma qayıtmalı imiş, amma rəsmi Bakı buna icazə vermədiyi üçün təyyarələr ayrı marşrut üzrə uçmaq məcburiyyətində qalıb.

Rus kanalı Azərbaycanın bu hərəkətlərinə təhdidlər yağdırmaqdan da geri qalmayıb. “Rəsmi olaraq tərəflərdən heç biri Bakının açıq-aşkar düşmənçilik aktına münasibət bildirməyib, amma aydındır ki, onun bu hərəkəti nəticəsiz qalmayacaq”, - telekanalın şərhində bildirilib.

“Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı DRLOU təyyarəsinin növbəti rotasiyası. Xəzər dənizindən keçən "köhnə" Suriya marşrutu ilə “ev”ə qayıdırdılar.  Geri dönüş problemsiz ötüşməsi - Azərbaycan öz hava sahəsindən keçməyə izn vermədi, Türkmənistandan keçmək lazım gəldi. Mozdoka, sonra İvanovoya eniş ", - deyə Telegram kanalının xəbərində deyilir.

Maraqlıdır ki, telekanal Azərbaycanın bu hərəkətini Rusiyaya qarşı “təcavüzkar akt” adlandırıb və bunun son zamanlar intensiv xarakter aldığından şikayətlənib:

“Son zamanlar Azərbaycan Moskvaya qarşı təcavüzkar hücumlara getdikcə daha çox yol verir. Bir neçə həftə əvvəl Azərbaycan tərəfi Rusiyanı İran ərazisindən Ermənistana silah satmaqda ittiham edib. Bundan əvvəl isə rəsmi Bakı erməni və ruslara qarşı yalançı aksiyalar təşkil edib. Mövcud gərginlik fonunda hava məkanının bağlanması Azərbaycan rəhbərliyinin ardıcıl qərarı kimi görünür”.

Qeyd edək ki, DRLOU A-50 uzaqdan radaraşkarlanma və kəşfiyyat  tipli təyyarələrdir. İlk əvvəl 1980-ci illərin sonlarında Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində İl-76 hərbi nəqliyyat təyyarəsi əsasında yaradılıb. 1989-cu ildə isə Rusiya Hərbi Hava Qüvvələrinin inventarına qəbul olunub.

Daha sonra  Moskva Tədqiqat Alətləri İnstitutu tərəfindən təmkilləşdirilərək Tu-126 təyyarələrinə quraşdırılıb. Üzərində quraşdırılmış Bumblebee radio kompleksi ilə birlikdə A-50 havadan radar nəzarət və rəhbərlik kompleksi funksiyalarını yerinə yetirir.

DRLOU A-50 təyyarələri hava və quru hədəflərini aşkarlamaq və izləmək, Silahlı Qüvvələrin avtomatik idarəetmə sistemlərini bu barədə xəbərdar etmək, hava, quru və dəniz hədəflərinə hücum təhlükəsi yarandığı zaman qırıcı təyyarələri idarə etmək üçün istifadə edilir. Bir növ, hava komandanlığı vəzifəsini görür. Başqa sözlə desək, Rusiyanın ən müasir hərbi kəşfiyyat təyyarəsidir. Dolayısıyla bir dəfə Azərbaycanın üzərindən keçməsi kifayətdir ki, ən gizli hərbi məlumatları əldə etsin və avtomatik olaraq mərkəzə ötürsün. 

Nəzərə alsaq ki, Ermənistanla döyüşlərdə düşmən tərəfinə ən gizli məlumatlar Rusiya tərəfindən ötürülür və bunun nəticəsində döyüşlərdə general və yüksək rütbəli zabitlərimiz şəhid edilib, Azərbaycan Müdafiə Nazirliyinin rus kəşfiyyat təyyarəsinin hava məkanımızdan keçməsinə izn verməsi nəinki təəccüblü doğurar, hətta xəyanətə bərabər hadisə kimi qiymətləndirilə bilərdi. 

Üstəlik, Rusiya Ermənistanla KTMT çərçivəsində müttəfiqdir və müqaviləyə əsasən, müttəfiqlər bir-birinə hərbi məlumatlar ötürməyə borcludurlar. Biz hələ onu demirik ki, sərhədlərimizdə və işğal olunmuş ərazilərimizdə bizə qarşı vuruşan əslində heç Ermənistan da yox, Rusiyadır. Azərbaycan tam 30 ildir ki, Rusiyanın təcavüzkar siyasəti nəticəsində torpağının 20%-ni geri qaytara bilmir, rəsmi Bakı isə ya qonşuluq xətrinə, ya da qorxusundan bu həqiqəti  dilə gətirmir. Rusiya mediası isə Azərbaycanın öz hava məkanını xoş niyyəti şübhə doğuran Rusiya təyyarəsinə bağlanmasını “təcavüz aktı” adlandırır. Lap məşhur atalar sözündə deyildiyi kimi, “adımı sənə qoyaram, səni də yana-yana qoyaram”.

Adama deyərlər ki, düşmən tərəfsənsə belə, ən azından düşmənə silah və məlumat verən tərəfsən. Sənin mənim hava məkanımda nə itin azıb?! Ermənistana ən kritik anlarda silah-sursat verən bir ölkə hansı üzlə bizdən hava yolu istəyir? Həm də elə bir zamanda ki, Azərbaycan növbəti erməni-rus hücumu təhlükəsindən qorunmaq üçün hərbi dislokasiya vəziyyətini ya dəyişib, ya da dəyişməlidir. (ovqat.com)

BakuCity.az

Şərhlər

Siyasət
Düşmən qüvvələri Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınıb. Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir. BakuCity.az
Siyasət
Cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda sosial şəbəkələrdə düşmən tərəfindən kadrlar yayılır.  BakuCity.az xəbər verir ki, kadrlardan da göründüyü kimi Azərbaycan Ordusuna qarşı döyüşən erməni hərbçilərinin başına sözün əsl mənasında göydən od yağır. Azərbaycan ordusunun Zərbəçi Pilotsuz Uçan Aparatlarından (ZPUA) vahimələnən erməni hərbçilər artıq başlarını da itirib. Havaya güllə atan ermənilər ZPUA-lardan canını qurtara bilmirlər. ZPUA çoxməqsədli...
Siyasət
Düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib. Xatırladaq ki, dünən MN açıqlama yayaraq  S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi: "Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-...
Siyasət
Gərgin döyüşlər davam edir. İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vas...
Cəmiyyət
Düşmən Tərtəri artilleriya atəşinə tutur. Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən BakuCity.az-a məlumat verilib. "İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var", - Nazirlikdən bildirilib. BskuCity.az
Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az