Azərbaycanda toylar başlayır? - VİDEO

Azərbaycanda toylar başlayır? - VİDEO

“Boş gün yoxdur...”

Toylara icazənin verilməsi ilə bağlı son günlər bəzi millət vəkillərinin təkliflərindən sonra şadlıq evlərinə sifarişlər artıb. Toy etmək istəyənlər oktyabr və noyabr ayları üçün sıraya düzülüblər. Növbə üstündə əməlli başlı mübahisə düşür desək yalan olmaz. Bəs qiymət artımı necə, gözlənirmi?

BakuCity.az xəbər verir ki, məhərrəmlikdən sonra toyların təşkilinə icazə veriləcəyi ilə bağlı yayılan xəbərlər vətəndaşlarda əməlli-başlı ümid yaradıb. Son günlər şadlıq evlərinə edilən zənglərin sayı və toy etmək üçün yazılan növbələr xeyli artıb.

Bəzi şadlıq evlərinin administratorları deyirlər ki, qiymət artımı da istisna olunmur. Amma artımın yüksək olmayacağı da bildirilir.

Mütəxəssislər hesab edirlər ki, əgər toylara icazə verilərsə, şadlıq evləri qiymət siyasətini düzgün qurmalıdırlar və bütün hallarda qiymət artımına imkan verməməlidirlər.

Ekspert hesab edir ki, əgər şadlıq saraylarında qonaqların sayına məhdudiyyət tətbiq edilsə, bu, qiymətlərə müəyyən qədər təsir edə bilər.

Ekspertin fikirincə, şadlıq evlərinin sayı kifayət qədərdir. Qiymət siyasətini düzgün qurmayan şadlıq evi icazədən sonra müştəri itkisi ilə üzləşə bilər...

Ətraflı "Xəzər Xəbər"in reportajında:

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər