TƏBİB: "Karantin yenə sərtləşdirilə bilər" - XƏBƏRDARLIQ / VİDEO

TƏBİB: "Karantin yenə sərtləşdirilə bilər" - XƏBƏRDARLIQ / VİDEO

TƏBİB rəsmisi əhaliyə ciddi xəbərdarlıq edib.

"Əgər karantin rejimi tam yumşaldılırsa, insanlara müəyyən sərbəstliklər verilirsə, buna görə arxayınlaşmamalıyıq. Xəstəliyə qarşı vaksin əlimizidə deyil. Qorunma tədbirlərindən istifadə etməliyik".

BakuCity.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"nun qonağı olarkən deyib.

Həmçinin oxu: Koronavirus yenidən sürətlə yayılır - VİDEO

Akif Qurbanov bildirib ki, insanlar bu qaydalara riayət etməsə, bu, yoluxma sayının artmasına gətirib çıxaracaq: "Son bir ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir.

İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da yenidən karantin qaydalarının sərtləşməsinə səbəb ola bilər".

BakuCity.az

Şərhlər