Bakıda erməni dili kursu fəaliyyət göstərəcək

Bakıda erməni dili kursu fəaliyyət göstərəcək

BMTM ödənişsiz erməni dili öyrədir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) növbəti - ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir.

BakuCity.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

Belə ki, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.

Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün son tarix sentyabrın 25-idir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu [email protected] ünvanına göndərə bilərlər.

6 aylıq kursun ilk dərsi sentyabrın 30-da başlayacaq.

Dərslər həftənin çərşənbə günü BMTM-də və şənbə günü onlayn şəkildə keçiriləcək. Hər ayın son dərsində test imtahanı və kursun son dərsində biliklərin qiymətləndirməsinə dair yekun imtahan təşkil olunacaq.

Üzrsüz səbəbdən dərsə iki dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq. (report)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər